Xəzər Xəbər

Tovuzda 10 yaşlı qız itkin düşüb - VİDEO

Veb TV | 18:54 • 22 Noyabr 2019
Tovuzda 10 yaşlı qız itkin düşüb -

Tovuzda azyaşlı qız uşağı dünəndən yoxa çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva itkin düşüb. Dünən günorta saatlarında eyni kənddə yaşayan babasıgilə gedən uşaqdan hələ də xəbər yoxdur.

Uşağın valideynlərinin bildirdiyinə görə, o, icazəsiz evdən heç bir yerə getməyib, sağlamlığında və əqlində heç bir qüsur olmayıb.

Polis əməkdaşları kənd ərazisinə səfərbər edilib və hər yerdə azyaşlının axtarışları davam etdirilir.

Faktla bağlı Tovuz rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti