"Kaspi" Təhsil Şirkəti təqaüdlü Təcrübə Proqramı elan edir - VİDEO

21.11.2019 19:45

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 12 illik zəngin təcrübəyə malik olan "Kaspi" Təhsil Şirkəti gənclərə iş imkan yaradır. Şirkət müxtəlif vəzifələr üzrə təqaüdlü Təcrübə Proqramı elan edir.

Xezerxeber.az-ın məlumatına görə, "Kaspi" Təhsil Şirkəti karyerasına başlamaq və inkişaf etmək istəyən namizədləri öz komandasına dəvət edir. Təcrübə Proqramının əsas məqsədi ali məktəblərin son kurs tələbələrinə və yeni məzun olmuş şəxslərə öz ixtisasları üzrə təcrübə qazanmaq imkanı yaratmaqdır.

Təcrübə Proqramına qoşulmaq istəyən namizədlər iki mərhələdən ibarət imtahan və müsahibə mərhələsindən keçərək proqramda iştirak etmək hüququ qazanacaqlar. Proqramda iştirak edənlərə hətta məvacib də veriləcək.

Proqramda iştirak hüququ qazanmış şəxslər 4 ay ərzində şirkətin müxtəlif struktur bölmələrində peşəkar komanda ilə birlikdə real iş mühitində təcrübə keçəcəklər.

Bu ildən etibarən isə Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetinin 4-cü kurs pedaqoji ixtisas tələbələri buraxılış pedaqoji təcrübələrini Kaspi Təhsil müəssisələrində keçmək şansı qazanacaqlar.

Qeyd edək ki, pedaqoji ixtisaslarla yanaşı, Maliyyə, İnsan resursları, Qeydiyyat və İctimaiyyətlə əlaqələr üzrə də təcrübəçilərin qəbulu həyata keçirilir. Qeydiyyat üçün son tarix 28 noyabrdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR