Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Yeni qurulan yolda çat əmələ gəlib - Səbəb nədir? - VİDEO

19.11.2019 19:21

Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib.

Xezerxeber.az-ın məlumatına görə, yolun bu hissəsində sürüşmənin aktivliyi nəzərə alınaraq əraziyə beton plitələr yerləşdirilib, amma faydası olmayib.

Yoldan daim istifadə edən sürücülər isə ərazinin bu vəziyyətdə olmasından narahatdırlar. Onlar çatların daha da genişlənəcəyindən ehtiyat edirlər.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki. həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb: "Sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb. Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur. Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR