Məhkəmələrdə eyni məsələlərlə bağlı fərqli qərarların verilməsinin qarşısı alınacaq - VİDEO

19.11.2019 20:10

Azərbaycanda məhkəmələrdə eyni məsələlərlə bağlı fərqli qərarların verilməsinin qarşısı alınacaq. Bunun üçün ölkəmizdə vahid məhkəmə təcrübəsi formalaşdırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, yenilik məhəkə-hüquq sitemində aparılacaq islahatla mümkün olacaq. Bu və ölkəmizdə müstəqil məhəkəmə ekspertlərinin yaradılması ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirə edilib.

Müzakirələrdə iştriak edən millət vəkili Siyavuş Novruzov məhkəmələrin ixtisaslaşmasını vacib sayıb və həbs edilən şəxslərin məcburi əməyə cəlb edilərək vurduqları ziyanı ödəməsini təklif edib. Millət vəkili məhkəmə qərarlarının icrasından da narahatlığını səsləndirib.

Bəzi millət vəkilləri müstəqil məhkəmə ekspertlərinin ağır cinayətlərdə iştirak edə bilməməsini pisləyib və parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bu məsələyə münasibət bildirib.

Sözügedən dəyişikliklər millət vəkilləri tərəfindən plenar iclasın 1-ci oxunuşunda qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR