Mühafizə şirkətinə işə düzələn vətəndaşlar aldadılıblar.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabirabad və Saatlı rayon sakinlərinin başına gəlib.
İşə götürülən onlarla şəxsə bir neçə qurumun mühafizəsi işi tapşırılıb. Həmin müəssisələr tərəfindən işçilərin əmək haqları hər ay mühafizə şirkətinin rəhbərliyinə ödənilib. Lakin həmin şirkət tərəfindən işçilərə aylardır ki, əmək haqqı ödənilmir.
Qeyd edək ki, bu vətəndaşlardan işə düzəlmək adı ilə müxtəlif məbləğlərdə pul alındığı iddia edilir.
Şirkətin Sabirabad rayon üzrə rəisi vəzifəsində çalışan Baba Qədirov da deyib ki, onun rəhbər kimi tanıdığı şəxslər özünü də aldadıblar.
İşçilərin şirkətin rəhbər heyəti kimi təqdim etdiyi Fuad Əliyev və Cavidan adlı şəxslə əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verən olmadı.
Aldadılan şəxslər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildiriblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
Yunan hakimlər turun matçlarını boykot etməyə qərar veriblər
İsveçin Baş naziri Aİ ölkələrini Brexitə hazır olmağa çağırıb
Minlərlə vətəndaşa ŞAD XƏBƏR - Prezident 15,4 milyon manat ayırdı
Bakıda AİLƏ DRAMI - Kirayədə yaşayan gənc ər-arvadın meyiti tapıldı
Azərbaycanda dəhşətli hadisə - Qadın özünü qatarın altına atdı
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər