İşə gecikən 19 yaşlı gənc avtomobili saatda 203 kilometr sürətlə idarə etdi - VİDEO

19.11.2019 13:13

ABŞ-ın Men ştatının York şəhərində polis əməkdaşları avtomobili saatda 203 kilometr sürətlə idarə edən şəxsi saxlayıblar.

Məlumatı "Seacoastonline” saytı yayıb.

Noyabrın 17-də, səhər saatlarında 19 yaşlı Aleksey Kidni "Nissan Altima”avtomobili ilə maksimim sürət həddinin saatda 105 kilometr təyin edildiyi magistral yolda 203-lə idarə edib. İlk olaraq qanun pozuntusunu polis helikopteri qeydə alıb.

Hadisəyə müdaxilə edən yol polisinin əməkdaşları avtomobili saxlayıblar. Sürücü yüksək sürət həddini "işə gecikməsi ilə” izah edib./oxu.az

© xezerxeber.az

FOTOQALERIYA






123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR