Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda işlənmiş akkumulyatorlar təkrar emal edilə bilər - VİDEO

18.11.2019 20:02

Sirr deyil ki, sürücülər avtomobillərinin akkumulyatorlarını dəyişdirərkən köhnə olanı elə aldıqları yerdə satırlar.

Xezerxeber.az-ın məlumatına görə, bir çoxları onların Azərbaycanda təkrar emal edildiyini zənn etsə də, əslində bu belə deyil. Akkumulyator satışı ilə məşğul olanlar deyir ki, bunu təkrar emal etmək üçün xarici ölkələrə göndərirlər.

Qeyd edək ki, bu gün Azərbaycan bazarında ən çox Türkiyə istehsalı olan akkumulyatorlar satılır. Qiymətləri isə Avropa istehsalı ilə müqayisədə bir qədər aşağıdır.

Amma artıq Azərbaycanda da akkumulyator istehsal edilməsi istiqamətində işlər görülür.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycanda işlənmiş akkumulyatorların təkrar emalı ilə bağlı bazar araşdırmaları aparılır. Onun sözlərinə görə, bu araşdırmalara müvafiq şirkət cəlb olunub ki, onun tərəfindən həmçinin biznes plan hazırlanacaq.

Niyazi Səfərov bildirib ki, bu istiqamətdə aparılan işlərin yaxın zamanda başa çatacağı gözlənilir. Layihə işlənildikdən sonra akkumulyatorların təkrar emalının təşkili ilə bağlı optimal yer seçiləcək. Layihə sənaye zonalarının birində icra olunacaq.

Qeyd edək ki, Azərbaycanda bir milyondan çox avtomobil var. Təxminən üç ildən bir sürücülər avtomobilərinin akkumulyatorunu dəyişir. Orta hesabla bir akkumulyatorun qiymətinin 100 manat olduğunu nəzərə alsaq, bu da kifayət qədər məbləğ deməkdir.

İqtisadçı ekspertlər isə deyir ki, ölkəmizdə akkumulyatorlar təkrar emal edilərsə, həm yeni iş yerləri açılar, həm də daxili bazarda olan təlabat ödənilər.

İqtisadçı ekspert Ruslan Atakişiyevin fikrincə, hətta təkrar emaldan hazırlanan akkumulyatorları xarici bazara da çıxarmaq mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






256 dəfə oxunub

XƏBƏRLƏR

09.12.2019 11:18

Birjalarda neftin qiyməti

ÇOX OXUNANLAR