Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Quranı yandırmaq istədi, polis işə qarışanda müqəddəs kitabı zibilliyə atdı - VİDEO

17.11.2019 16:16

Norveçdə "Norveçin İslamlaşmasını Dayandırın” (SION) qrupu İslamın müqəddəs kitabı sayılan "Qurani-Kərim”ə qarşı təxribat törətməyə çalışıb.

Norveçin NRK telekanalının məlumatına görə, hadisə miqrantların çoxluq təşkil etdiyi Kristiansand şəhərində baş verib.

Qrupun lideri Arne Tumir müqəddəs kitabı yandırmaq istəyib. Ancaq polis buna mane olub. Bundan sonra o, iki ədəd "Qurani-Kərim”i zibil qutusuna atıb.

Norveçli fəallardan və müsəlmanlardan təşkil olunmuş 500 nəfərdən ibarət başqa qrup isə Tumirin bu hərəkətinə sərt etiraz ediblər.

oxu.az

© xezerxeber.az


277 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR