Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Azəriqaz" "smart-kart" tipli sayğacların alışını azaldır - VİDEO

15.11.2019 19:39

"Azəriqaz" İstehsalat Birliyi sonuncu nəsil "smart-kart" tipli sayğacların alışını azaldıb.

Xezerxeber.az-ın məlumatına görə, "Azəriqaz"dan verilən açıqlamada bildirilib ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq. Amma "smart-kart" tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək.

"Azəriqaz"ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib ki, hazırkı vəziyyətdə mexaniki sayğaclar daha ucuz başa gəlir. Ona görə də sayğaclar quraşdırılan zaman mexaniki olanlara üstünlük veriləcək. Bununla bərabər çoxmərtəbəli yaşayış binalarında yenə də "smart - kart" tipli sayğaclar quraşdırılacaq. MTK-ların inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar eyvanlarda olduğu üçün mexaniki sayğac quraşdırılmayacaq. Çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradırır.

Hazırda "Azəriqaz" İstehsalat Birliyinin 2 milyon 225 mindən çox abonenti var. Bu abonentlərin 1 milyon 202 min 292-i smart, 1 milyon 23 min 614 -ü isə mexaniki sayğaclarla təmin edilb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR