Bakıda hündürmərtəbəli binada yanğın baş verib, 77 nəfər təxliyə edilib - VİDEO

15.11.2019 18:31

Xatai rayonu ərazisində yanğın baş verib. Gecə saatlarında baş verən yanğın zamanı 77 nəfər təxliyə edilib. Bir neçə mənzil isə əşyaları ilə birlikdə yanaraq kül olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xatai rayonu, Neapol küçəsində yerləşən 17 mərtəbəli yaşayış binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 yanğınsöndürən avtomobili və xüsusi riskli xilasetmə xidmətinin müvafiq qüvvələri, eləcə də 10 təcili tibbi yardım briqadası cəlb olunub.

Səhiyyə Nazirliyindən ''Xəzər Xəbər''ə verilən məlumata görə, hadisə zamanı 5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə xəstəxanaya aparılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Fövqəladə Hallar Nazirliyinin yayadığı məlumatda bildirilir ki, yanğın nəticəsində binanın ümumi sahəsi 950 m² olan dam örtüyünün yanar konstruksiyaları 112 m² sahədə, mansarında hər birinin sahəsi 64 m² olan 2 mənzilin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 90 m² sahədə yanıb.Bununla yanaşı, şaxta boyunca elektrik kabelləri və 106 ədəd elektrik sayğacı yanıb.Binanın dam örtüyünün, mansarının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub və yanğın tam söndürlüb.Yanğının baş verməsinə ilkin səbəb kimi elektrik şaxtasında elektrik xətlərinin yüklənməsi göstərilir.

Hadisə zamanı binanın sonuncu mərtəbəsində olan evlərin hamısı yanıb.

Hadisə ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov ''Xəzər Xəbər''ə açıqlamasında bildirib ki, ziyan çəkən mənzillərin sahibləri kirayə mənzillərə köçürüləcək. Onun sözlərinə görə, həmin sakinlərin evləri icra hakimiyyəti tərəfindən təmir ediləcək.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






272 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR