Qanunsuz pul alınır - Sürücülərə heç bir qəbz təqdim edilmir - VİDEO

14.11.2019 19:42

Paytaxtın Nizami rayonunda yerləşən köhnə maşın bazarına giriş-çıxış üçün sürücülərdən 20 qəpik- 1 manat arasında ödəniş tələb edilir . Belə vəziyyət sürücülərin haqlı narazılığına səbəb olur. Sürücülərdən ödəniş alınsa da , onlara qəbz təqdim edilmir.

Maşın bazarına daxil olmağın ödənişli olub-olmadığını əks etdirən heç bir nişan yoxdur. Ancaq buna baxmayaraq bazara giriş-çıxış üçün sürücülərdən pul alınır.

Görüntülər Paytaxtın Nizami rayonu Babək prospektində yerləşən köhnə Maşın bazarındandır. Avtomobillər çıxarkən bir nəzarətçi, dayanacaq haqqı kimi sürücülərdən pul alır. Özü də konkret bir məbləğ yoxdur.Nəzarətçi sürücülərdən 20 qəpiklə -1 manat arasında pul istəyir. Bu isə sürücülərin haqlı narazılığına səbəb olur

Nəzarətçiyə yaxınlaşıb sürücülərdən pul tələb etmələrinin səbəbini soruşduq.Özünü bazarın nəzarətçisi kimi təqdim edən bu şəxs sürücülərdən qanuni pul aldığını və qəbzdə verdiklərini bildirdi.Hərçənt ki çəkiliş zamanı sürücülərə qəbz verildiyinin şahidi olmadıq.

Problemlə bağlı bazar rəhbərliyinə müraciət etsək də suallarımız cavabsız qaldı.

Ekspertlər isə bildirir ki, sahibkarlar bu kimi yerlərə görə istənilən ödəniş məbləğini tətbiq edə bilərlər.Lakin ödənişlərin hamısı rəsmi olmalıdır.Bu ödənişlərlə bağlı sürücülərə qəbz vəya bank hesabı təqdim edilməlidir.Əgər vergidən yayınma küllü miqdarda olduğu öz təsdiqini taparsa həmin sahibkar haqqında cinayət işi belə başlanıla bilər..

© xezerxeber.az

FOTOQALERIYA






226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR