Mehriban Əliyevadan şəhid ailəsinə JEST - VİDEO

13.11.2019 19:38

Şəhid ailəsinin bank tərəfindən müsadirə edilən evi Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə özlərinə qaytarılıb. Bu barədə şəhid Şaban Cəfərovun qızı ''Xəzər Xəbər'' ə məlumat verib. Onun sözlərinə görə, yaranan borc tam şəkildə banka ödənib və evin üzərindəki həbs bu gün götürülüb.

Şəhid Şaban Cəfərovun ailəsinin banka olan borcuna görə evlərinə qoyulan həbs götürülüb. Şəhidin qızı Nərminə Cəfərova ölkə rəhbərliyinə müraciət etdikdən sonra bu problem aradan qaldırılıb. Şəhid qızının sözlərinə görə, borc hələ 2014-cü ildə alınan kreditə görə yaranıb.

Bundan sonra ailə ölkə rəhbərliyinə müraciət edib və qısa zamanda problem nəzarətə götürülüb. Ailəyə sevindirici xəbər isə bir neçə gün əvvəl verilib.

Şəhidin ailəsi həm sentyabr ayında şəhidin həyat yoldaşının əməliyyat xərclərini qarşıladığı, həm də evləri geri qaytarıldığı üçün ölkə rəhbərliyinəminnətdarlıq edir.

Qeyd edək ki, Şaban Cəfərov 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub və 1994-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən onun ailəsinə Mingeçiverdə yerləşən sözügedən ev hədiyyə edilib. Hazırda orada şəhidin həyat yoldaşı və oğlu yaşayır.

© xezerxeber.az


251 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR