Pensiya alanlara ŞAD XƏBƏR: gələn ilin əvvəlindən...- VİDEO

13.11.2019 18:59

Bu ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq. Dövlət sosial müdafiə fondunun direktoru Himalay Məmişov növbəti ildən pensiyaların artırılacağını da bildirib.

Gələn ilin əvvəlindən növbəti dəfə pensiyalar artırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişovun sözlərinə görə,hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır.Hesablama işlərinin nəticəsindən asılı olaraq, artımla bağlı müəyyən qərar qəbul ediləcək.Bununla yanaşı,pensiyalar növbəti ildən təxminən 14-15 faiz həcmində indeksləşdiriləcək.

Bu arada ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq. Müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək şəxs üzrə təyinatlar proaktiv qaydada, onların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçiriləcək.Hazırda pensiyaların digər növlərinin də təyinatının elektronlaşdırılması nəzərdə tutulur.

Digər bir yenilik isə, daha iki sosial təminat növü - sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün elektron təyinatı mexanizminin hazırlanaraq işə salınması ilə bağlıdır.Ümumilikdə15 minədək vətəndaş bu xidmətdən yararlana biləcək.

Bundan sonra isə, vətəndaşa ödəniş kartını hansı bankdan alacağına dair sms-məlumat göndərilir.

© xezerxeber.az


1563 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR