SON XƏBƏR: Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir - VİDEO
SON XƏBƏR: Bakıda görünməmiş vəhşilik: ata və ögey ana azyaşlı uşaqlara işgəncə verdi - VİDEO
SON XƏBƏR: DƏM QAZI FACİƏSİ - 4 nəfər zəhərləndi: 32 yaşlı qadın öldü - VİDEO
SON XƏBƏR: DƏHŞƏTLİ QƏTL: Azərbaycanda kişini öldürüb evlə birgə yandırdılar - VİDEO
Gələn ilin büdcəsində sosial xərclər 10 milyard manatdan çoxdur. Bunu Milli Məclisdəki büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov açıqlayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov isə sahibkarlar üçün yeni şəraitin yaradılacağını deyib və islahatların anonsunu verib.
Milli Məclisin plenar iclası 2020-ci ilin dövlət büdcəsinin müzakirələri ilə başladı. Növbəti ilin büdcəsi haqqında geniş məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur. Nazir bir sıra sahələrdə gələn ilin büdcəsində daha çox vəsaitin ayrıldığını, sosial xərclərin daha böyük həcmdə olduğunu vurğulayıb.
Sonra çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov gələn il ölkə iqtisadiyyatında artım proqnozlarını açıqlayıb. Nazirin sözlərinə görə 2020-ci ildə Azərbaycanda ÜDM-nin 2020-ci ildə 3 faiz, növbəti illərdə orta hesabla 3.3 faiz artacağı, habelə növbəti il üçün inflyasiyanın 4.6 faiz, sonrakı üç il üçün isə 4 faiz ətrafında olacağı gözlənilir. Nazirin iqtisadiyyatın əsas aparıcısı qüvvəsi olan sahibkarlara dövlət tərəfindən lazımı dəstəyin veriləcəyini və sahibkarlığa maneə yaradan halların aradan qaldırılacağını açıqlayaraq bu sahədə gələcək islahatların anonsunu verib.
Daha sonra çıxış edən Hesablama palatasının sədri Vüqar Gülməmmədov gələn ilin dövlət büdcəsi üçün risk yarada biləcək amilləri açıqlayıb. Burda neftin qiymətinin dəyişkənliyi və dövlət müəssisələrinin borclanması kimi məqamlar da öz əksini tapıb.
Çıxışlardan sonra millət vəkilləri büdcə layihəsinə münasibət bildiriblər. Onu da qeyd edək ki, milli məclisin plenar iclaslarında büdcə müzakirələri 3 gün davam edəcək.
© xezerxeber.azAzərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir - VİDEO
DƏM QAZI FACİƏSİ - 4 nəfər zəhərləndi: 32 yaşlı qadın öldü - VİDEO
Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir - VİDEO
DƏM QAZI FACİƏSİ - 4 nəfər zəhərləndi: 32 yaşlı qadın öldü - VİDEO
Xətaidə bina sakinləri evlərinə çıxarış ala bilmirlər - VİDEO
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər
İsmayıllı və Bərdədə ağır qəzalar - 3 ölü, 3 yaralı var - VİDEO
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ - Ölən var
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər