Universitet və Bankın səhvinə görə tələbələrə dəyən ziyanı "Xəzər" Televiziyası ödədi - VİDEO

12.11.2019 20:33

Universitetin və Bankın səhvinə görə tələbələrə dəyən ziyanı "Xəzər" Televiziyası ödədi.

10 gün əvvəl Dövlət İqtisad Universitetində "Smart Tələbə Kart"larının təqdimatı olub. Təqdimat mərasimində prezident təqaüdçüsü olan tələbələrə də bu kartlardan verilib. Təqdimat zamanı nə bank, nə də universitet tərəfindən mediaya təqdim edilən tələbə kartlarının təhlükəsizliyi ilə bağlı hər hansı bir xəbərdarlıq edilib. Əldə etdiyimiz məlumata görə, tədbir zamanı medianın çəkməsi üçün nümunə kartlar verilməli imiş. Lakin əsl "Smart Tələbə Kart"ları təqdim olunub. Tədbirlə bağlı süjet efirə getdikdən 1 həftə sonra 2 nəfər tələbənin kart məlumatlarından istifadə edən naməlum şəxs və ya şəxslər oradan müxtəlif məbləğlərdə pul oğurlayıblar. Gülçin Əsədlinin kartından ümumilikdə 22, Yetər Sanılının kartından isə 210 manat pul çəkilib. Həmin şəxs həm xarici satış saytından məhsul sifariş verib, həm də pulu müxtəlif oyun saytlarına xərcləyib. Universitetin və Bankın səhvinə görə tələbələrin kartından oğurlanan pulu bu gün "Xəzər" Televiziyası ödəyib.

Tələbələrin sözlərinə görə, həm bank, həm də Dövlət İqtisad Universiteti məsələnin araşdırıldığını deyib.

Bank və maliyyə məsələləri üzrə ekspertlər də bildiriblər ki, ya Universitet, ya da tələbələri kartla təmin edən bank kartdakı məlumatların gizli saxlanılmalı olduğu barədə mütləq xəbərdarlıq etməli idi. Çünki istənilən şəxs kartların təhlükəsizliyi məsələsində məlumatsız ola bilər. Hətta vəsiqə əldə etmə sevincini bölüşmək üçün tələbələrin özləri də onun şəklini çəkib sosial şəbəkələrdə paylaşa bilərdi.

© xezerxeber.az

FOTOQALERIYA






250 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR