Şəmkir sakini poçt rüsumunun yüksək olmasından narazıdır - VİDEO

17.11.2019 19:13

Şəmkir sakini poçt rüsumunun yüksək olmasından narazıdır. Elmar Babayev ötən ayın 25-də rayona 250 manat pul göndərməliymiş. Zirədə yerləşən poçta yaxınlaşan Elmar Babayevdən 242 manat pul göndərəməyin qarşılığında 7 manat 80 qəpik rüsum alınıb. Bununla bağlı ona qəbz də verilib.

Rüsumun çox olduğundan narazı olan Elmar Babayev iddia edir ki, pulu göndərdiyi şəxsdən isə xidmət haqqı adı ilə 2 manat alınıb. Ancaq bununla bağlı onlara heç bir qəbz verilməyib.

Ölkədaxili poçt şöbələri ilə pul köçürmələrinin rüsumunun yüksək olması məsələsinə ''Azərpoçt'' münasibət bildirib. ''Azərpoçt''un əməkdaşı Mehman Balabəyov deyir ki, rüsum Tarif Şurasının 2011-ci il qərarı ilə təsdiq edilib. Qərara əsasən 200-400 manat arası pul köçürmələrinin rüsumu 7 manat 80 qəpik təşkil edir.

O ki, qaldı göndərilən pulun verilməsi zamanı vətəndaşdan əlavə iki manatın alınması iddiasına, qurumdan bildirildi ki, bu əsassızdır. Nağdlaşdırma zamanı vətəndaşdan pul tələb edilə bilməz. Əgər edilirsə mütləq vətəndaş poçt əməkdaşından qəbz tələb etsin.

© xezerxeber.az

FOTOQALERIYA






249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR