Kibercinayətkarlar "smart tələbə kartları"ndan pul çəkiblər - VİDEO

11.11.2019 20:27

10 gün əvvəl Dövlət Iqtisad Universitetində "smart tələbə kart"larının təqdimatı olub. Tədbirlə bağlı süjet efirə getdikdən 1 həftə sonra isə 2 nəfər tələbənin kartından müxtəlif məbləğdə pul oğurlanıb. Kibercinayətkarlığı törədən şəxslə bağlı polisə müraciət olunacaq.

Tələbə kartlarınıntəqdimat mərasimindən "Xəzərxəbər"in hazırladığı süjetdən sonra kibercinayətkarlar 2 tələbənin kartından pul çıxardıb.

Qeyd edək ki,10 gün əvvəl Dövlət İqtisad Universitetində "Smart Tələbə Kart"larının təqdimatı olub. Təqdimat mərasimində bəzi tələbələrə bu kartlardan verilib.Təqdimat mərasimi zamanı nə bank, nədəki universitet rəhbərliyi tərəfindən mediaya təqdim edilən tələbə kartlarının təhlükəsizliyi ilə bağlı hər hansı bir xəbərdarlıq edilib.

Təqdimat mərasimindən 1 həftə sonra tələbələrin kart məlumatlarından istifadə edən naməlum şəxs və ya şəxslər oradan müxtəlif məbləğlərdə pul oğurlayıblar. Universitetin 1-ci kurs tələbələri Gülçin Əsədlinin kartından22 , Yetər Sanılının kartından isə 210 manat pul çəkilib.

Kart məlumatlarından istifadə edən şəxs həm xarici satış saytından məhsul sifariş verib, həm də pulu müxtəlif oyun saytlarına xərcləyib. Tələbələrin sözlərinə görə, bankdan onlara bildirilib ki, bəzi saytlar var ki, ödəmə zamanı "3D" təhlükəsizlik şifrəsi tələb edilmir. Həmin şəxs də məhz bu cür saytlardan istifadə edib.

Həm kartı verən bank, həm də Dövlət İqtisad Universiteti tələbələrə məsələnin araşdırılacağınıdeyib. Tələbələr isə vurğulayıblar ki, heç bir nəticə olmasa, kibercinayətkarlığı törədən bu şəxsin tapılması üçün polisə müraciət edəcəklər.

Tələbələrin sözlərinə görəbloklanan kartlara kiberhucumlar sonradan yenə davam edib.Bir neçə dəfə ödəniş edilməyəcəhdlər olub.

Dövlət İqtisad Universitetindən isə bildirilib ki,bütün prosedurlar həyata keçirilib.Hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq universitet tərəfindən polisə nədənsə sabah müraciət olunacaq.

© xezerxeber.az


342 dəfə oxunub

ÇOX OXUNANLAR