Ermənistan bölgədə iqtisadi inkişafa ciddi mane olur - VİDEO

09.11.2019 21:06

Iqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının Antalya toplantısı Azərbaycan üçün əlamətdar olub. Belə ki, üzv dövlətlər adından qəbul edilən bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini əks etdirən müddəa yer alıb. Yekun bəyannamədə qeyd olunub ki, Ermənistan bölgədə iqtisadi inkişafa ciddi mane olur.

Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 24-cü iclası baş tutub.

Təşkilatın qəbul etdiyi bəyannamədə Ermənistanın bölgənin iqtisadi inkişaına ciddi mane olduğu vurğulanıb. Qeyd olunub ki, Ermənistan xüsusilə Azərbaycanın ərazilərini işğal etməklə regionun iqtisadi potensialının azalmasına səbəb olur. İqtisadi Əməkdaşlıq Təşkilatı bölgədə həll olunmamış münaqişələrin həmin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün əlindən gələni edəcək. Azərbaycan da daxil olmaqla hüququ pozulmuş ölkələin hüquqularının bərpasına, torpaqlarının qaytarılmasına və iqtisadi inkişafına hər cür köməklik edəcək.

Sənəddə həmçinin vurğulanıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı fəaliyyət göstərdiyi regionda bəzi üzv ölkələrin problemlərindən ciddi narahatlıq keçirir: "Qurum ölkələrdə ərazi bütövlüyü sarıdan mövcud olan həll edilməmiş münaqişələr, təhdidlərlə bağlı narahatlığını bildirir. Bu problemlərin sülh, danışıq, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarıdır. İqtisadi Əməkdaşlıq Təşkilatı terrorizmi və terrorçuluğu qəti şəkildə pisləyir. Terrorla mübarizədə üzv və qeyri-üzv ölkələrə daima dəstək göstərəcək.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Antalya bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağla bağlı bəndlərin önəmini şərh edib.

Qeyd edək ki, sonda təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçib və toplantı ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə davam etdirilib.

© xezerxeber.az

FOTOQALERIYA






87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR