Şeron Stoun “Əsas instinkt”dəki "ayıb səhnə"ni təkrarladı... - VİDEO

09.11.2019 12:44

Amerikalı aktrisa Şeron Stoun Almaniyada "İlin qadını” mükafatını alarkən "Əsas instinkt” filmindəki məşhur səhnəni təkrarlayıb.

XəzərXəbər xəbər verir ki, video "Yutub”da yayımlanıb.

61 yaşlı aktrisa stulda əyləşərək, ayaqlarını çarpazlayaraq hər bir insanın həyatında əsas şeyin özü olması barədə motivasiyaedici çıxış edib. O əlavə edib ki, filmdəki məşhur səhnə onun bütün həyatını dəyişdirib.

"Əsas instinkt” rejissor Pol Verxovenin 1992-ci ildə çəkdiyi, baş rollarda Maykl Duqlas və Şeron Stounun çəkildiyi trillerdir.

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR