Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlandı - VİDEO

09.11.2019 11:54

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib.

İtaliyanın "Yuventus" klubunun futbolçusu Duqlas Kostanın Rusiyada "Lokomotiv"ə (Moskva) vurduğu qol qrup mərhələsində IV turun ən yaxşısı seçilib.

29 yaşlı braziliyalı yarımmüdafiəçi fərdi keyfiyyətləri sayəsində rəqibin bir neçə oyunçusunu keçib və komandasına qələbə qazandırıb.

Qeyd edək ki, "Yuventus" "Lokomotiv"ə 2:1 hesabı ilə qalib gəlib və sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR