Prezidentə qarşı etiraz aksiyalarında NADİR HADİSƏ: polislər xalqın tərəfinə keçdi - VİDEO

09.11.2019 09:44

Boliviyada prezident Evo Moralesin qalib gəldiyi seçkilərdə hiyləyə əl atıldığı iddiası ilə başlanan etiraz aksiyalarında şok gəlişmə yaşanıb.

Bəzi şəhələrdə polislər müxalif aksiyaçılara qoşulub.

Ölkə mətbuatının xəbərlərinə görə, Sukr, Santa Kruz və Kokabamba şəhərinin polisləri Moralesin hakimiyyətinə qarşı ayağa qalxıb. Müdafiə naziri Xavyer Zabaleta məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada etirazçı polislərə qarşı ordudan istifadə edilməyəcəyini, sözügedən şəxslərə qarşı elə polis qüvvələrinin göndəriləcəyini deyib.

Qeyd edək ki, seçkilərdə Morales 47,8% səslə qalib gəlmiş, rəqibi sabiq prezident Karlos Mesa isə 36,51% səs toplamşdı./publika.az

© xezerxeber.az


52 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR