Azərbaycanda Hindistan və İran toylarının sayı artacaq - VİDEO

07.11.2019 21:24

Azərbaycanda keçirilən Hindistan və İran toylarının sayı daha da artacaq. Çünkü Dövlət Turizm Agentliyi hind toylarının gəlirli olduğunu nəzərə alaraq, xaricilərin toylarının Azərbaycanda keçirilməsi üçün xüsusi konsepsiya hazırlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Agentliyin sözçüsü Kənan Quluzadə deyib ki, hazırda qurum tərəfindən Hindistanda bu istiqamətdə təbliğat işləri aparılır.

Kənan Quluzadə bildirib ki, bu cür turistləri cəlb etməkdə turagentliklərin də rolu olmalıdır. Həmçinin Hindistan və İranda olan tərəfdaş şirkətlərlə bu işin təbliğini aparmaq lazımdır.

Turizm üzrə ekspert Rəhman Quliyev isə deyib ki, hindistanlılar il ərzində xaricdə toy etməyə təxminən 50 milyard dollar vəsait xərcləyirlər.

Hazırda hindistanlıların toy etmək üçün ən popluyar istiqaməti Türkiyə olsa da, yaxın gələcəkdə Azərbaycan da onların üçün cəlbedici məkana çevriləcək. Bunun əsas səbəbləri bəzi adətlərimizin eyni olması və mətbəxlərimizin oxşarlığıdır.

Bütün bunlarla yanaşı, hindli turistləri cəlb etmək üçün "Yanardağ", "Atəşgah" kimi tarixi yerlərin təbliği də önəm daşıyır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR