Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bu yolda piyadaların hərəkəti ilə bağlı olan problem həll edildi - VİDEO

07.11.2019 21:53

Bakıda piyadalar parkın içindən evlərinə getmək üçün yoldan rahat keçə bilmirlər. Buna səbəb ərazidə piyada zolağının olmamasıdır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 3 ünvanından gedır.

Ərazidə yaşayanların sözlərinə görə, onlar parkın bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirlər. Yolu keçmək xüsusən məktəblilər üçün daha təhlükəlidir.

Sakinlər deyir ki, əvvəllər sözügedən ərazidə piyada zolağı olub. Zolaq silindikdən sonra yenisi çəkilməyib.

Onu da qeyd edək ki, həmin keçidin hər iki tərəfində avtobus dayanacağı da var.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi bu məsələdən xəbərdar olan kimi piyadaların üzləşdiyi problemi aradan qaldırdı. Piyadaların təhlükəsizliyini təmin etmək məqsədi ilə yolun həmin hissəsinə zolaq çəkildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR