Bakıda ŞOK hadisə: qırmızıdan keçən avtobusdan sərnişin yola yıxıldı - VİDEO

07.11.2019 15:11

Bakıda 133 nömrəli avtobusda baş verən hadisənin görüntüləri kameraya qeyd olunub.

Avtosfer.az xəbər verir ki, noyabrın 5-də paytaxtın Azadlıq prospektində hərəkətdə olan 99-JP-548 qeydiyyat nişanlı avtobusun qapıları açıq vəziyyətdə olduğu üçün həmin avtobusdakı sərnişinlərdən biri yolun hərəkət hissəsinə yıxılaraq xəsarət alıb. Sürücü buna məhəl qoymadan hərəkətini davam etdirərək svetoforun qırmızı işığında yolayrıcına daxil olub.

Avtobus sürücülərinin əksəriyyəti dayanacaqdan hərəkətə başlayandan sonra qapıları bağlayırlar. Ona görə də insanların bu cür xəsarət alması qaçılmaz olur.
Qanunvericilikdə göstərilib ki, qapıları bağlanmamış vəziyyətdə nəqliyyat vasitəsinin hərəkəti qadağandır.

Görüntüləri təqdim edirik:

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

18.11.2019 16:34

Süd idxalı azalıb

ÇOX OXUNANLAR