Rus ordusunda şok olay: Əsgər 8 hərbçini güllələdi ­ – “Həmin gecə məni də...” - VİDEO

07.11.2019 14:45

Rusiya ordusunun hərbçisi Ramil Şamsutdinovun Baykalyanı ərazidə hərbi dairədə 8 əsgər yoldaşını hansı səbəbdən güllələdiyi barədə dedikləri ölkədə rezonans doğurub.

Onun əməlinə səbəb "dedovşina" olub.

Ramil Şamsutdinov əvvəlcə telefonunun əlindən alındığını deyib: "Daha dəqiq desəm, telefonumu oğurladılar. Ancaq sim-kartı gizlədə bildim. Heç doğmalarıma məndən narahat olmaması barədə xəbər verə bilmədim.

Başqa nə götürdülər? Pul. Kimə şikayət edəcəkdim? Gülməlidir. Zabitlər özləri də döyürlərsə, heç kəsə demək olmur. Qaçmaq barədə düşünürdüm, amma hər yer bağlı idi. Nə edə bilərdim?"

Onun sözlərinə görə, hadisə baş verən gün onu buraxacaqlarını söyləyiblər: "Zorlanma olduğu barədə xəbərdarlıq etmişdilər. Həmin gün leytenant mənə dedi ki, başa düşürsən, qaravuldan sonra hər şey olacaq... Bilirdim ki, məndən başqa bütün gənc əsgərləri buraxmışdılar. Bu gecə deməli, mənim növbəmdir, qaçmaq üçün yer yoxdur, nə edəcəkdim?.. Məni tutanda o qədər güclü vururdular ki, düşünürdüm öləcəyəm".

Hərbçi iki nəfərdən başqa heç kəsə rəhmi gəlmədiyini söyləyib: "Təsadüfən iki əsgər gətirmişdilər, onların heç nədə günahı yox idi, onlardan savayı heç kəsə rəhmim gəlmir”./teleqraf


© xezerxeber.az

FOTOQALERIYA






157 dəfə oxunub

XƏBƏRLƏR

18.11.2019 16:34

Süd idxalı azalıb

ÇOX OXUNANLAR