Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif edilir - VİDEO

23.10.2019 20:20

Vergi Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi təklif olunur.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisdə müzakirəyə çıxarılacaq yeniliklərdən biri şənliklərdə və digər tədbirlərdə iştirak edəcək şəxslərlə bağlıdır. Belə tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlər, o cümlədən foto, audio-video xidməti göstərən şəxs və iaşə obyektlərinin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" olmadan işlədikləri aşkar olunarsa, onlara qarşı cərimələr tətbiq ediləcək.

Daha bir yenilik isə heyvan və quş ətinin satışı ilə bağlıdır. Bu ətlərin satışının ƏDV-dən azad edilməsi gündəmdədir.

Bundan başqa, əmlakının dəyəri 5 milyon manatdan çox olan vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaq. Hazırda qüvvədə olan qaydalara görə, mərkəzləşdirilmiş qaydada uçota alınma iri vergi ödəyicilərinə və xüsusi vergi rejimli müəssisələrə aiddir.

Həmçinin, gələn ildən Azərbaycanda sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri müddətli olacaq və fərdi xarakter daşımayacaq. Sənəddə o da təklif olunur ki, bina tikintisi ilə məşğul olan şəxslər dövlətə müəyyən hissə təqdim etdikdə, həmin əmlakın satışından əldə olunan gəlirlər vergiyə cəlb olunmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






657 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR