Nazir: Yeni açılacaq DOST mərkəzində işçilərin 70 faizi gənclər olacaq - VİDEO

23.10.2019 18:41

"Yeni açılacaq DOST mərkəzində 70 faiz işçilər gənclər olacaq".

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlarinə görə, bu ilin sonuna qədər paytaxtda daha iki yerdə DOST mərkəzi açılacaq. Nazir qeyd edib ki, ümumilikdə açılacaq 31 DOST mərkəzlərinə əsasən gənclər cəlb ediləcək.

Sahil Babayev deyib onu da bildirib ki, pensiya və müavinət alan vətəndaşlara bank kartı verilməsi üçün banklarla əlaqə qurulub və onlar da kartı mərkəzdən alacaqlar. Bu gün Nazirliyin 250-ə yaxın regional bölmələri və şöbələri var: "Biz çalışırıq ki, onların yerinə ölkə üzrə 31 DOST mərkəzi olsun. Ayda 2 milyon 800 minə insana xidmət göstərilir. Bunu günə bölsəniz, təminən 100 min xidmət düşür ki, bu da 16 milyon manat deməkdir. Bu mexanizmin hamısını bir günə elektron platformaya köçürmək mümkün deyil. Maksimum təkmilləşdirərək elə etmək istəyirik ki, prosesin 97 faizi sırf elektron platforma üzərindəndən olsun və vətəndaşla təmas olmasın”.

Nazir onu da bildirib ki, həm birinci, həm də ikinci sosial paketdən 4 milyon 200 min vətəndaş yararlanıb.

Qeyd edək ki, paralel olaraq məşğulluq alt sistemi, yəni işsiz və işəgötürənlərin qeydiyyatı, özünəməşğulluq proqramına müraciət və digər xidmətlərlə bağlı geniş bir platforma da hazırlanır və yaxın günlərdə istifadəyə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR