Hacıqabulda mənzil, Siyəzəndə mağaza qarət edilib - saxlanılanlar var - VİDEO

22.10.2019 18:32

Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, 35 yaşlı Ağaqulu Quliyev saxlanılandan sonra əməlini etiraf edib.

Narkotik vasitə aludəçisi olan adı çəkilən şəxs tərəfindən oğurlanmış əşyalar satmış olduğu şəxslərdən maddi sübut kimi geri alınıb.

Faktla bağlı araşdırma aparılır.

Siyəzən rayonunda isə keçmiş məhkum mağazanı qarət edib. Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3500 manat, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Bəylərov saxlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR