Bakı metrosunun vaqonları yenilənir - VİDEO

22.10.2019 19:35

"Bakı Metropoliteni" QSC-nin lokomotiv deposu yenilənəcək.

Xezerxeber.az-ın məlumatına görə, bu məqsədlə Bakı Metropoliteni Rusiya şirkətindən müasir tipli 60 yeni vaqon alacaq.

Artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub və müqavilə imzalanıb. İl ərzində şirkət Bakı Metropoliteni üçün ümumilikdə 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, üç il ərzində zavodda Bakı Metropoliteni üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq. İstehsal olunacaq vaqonlar sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq. Vaqonlar yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, o cümlədən kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunacaq.

Bu arada, "Bakı Metropoliteni" QSC-nin sözçüsü Bəxtiyar Məmmədov bu gün sərnişinlərin qatardan boşaldılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, son günlər metrodan istifadə edən sərnişinlərin sayında ciddi artım müşahidə edilir:"Bu gün səhər saatlarında "İçəri Şəhər” - "Həzi Aslanov” istiqamətində hərəkət edən qatar "Sahil” stansiyasından çıxarkən maşinist qatarda problem hiss edib, bu səbəbdən də qatar "28 May” stansiyasında dayanıb. Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq qatar boşaldılıb və texniki baxış üçün depoya göndərilib. Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Bu isə qrafikə təsir etməyib. Hazırda metropolitenin stansiyalarında qatarların hərəkəti intervala uyğun davam edir”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






224 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR