Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçiriləcək - VİDEO

22.10.2019 19:07

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, toplantıda 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib.

O , həmçinin qeyd edib ki, Bakıda keçiriləcək Zirvə Görüşündə dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Nazir müavini bildirib ki, Zirvə Görüşündə 4 yekun sənədin qəbulu da gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənəddir. İlk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.


Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR