Hərbi Dəniz Qüvvələrinin təlimləri keçirilib - VİDEO

21.10.2019 20:56

Hərbi Dəniz Qüvvələrinin (HDQ) enerji infrastrukturunun mühafizəsi üzrə Xəzər dənizinin Azərbaycana aid hissəsində keçirdiyi taktiki təlimlər başa çatıb.

Xezerxeber.az xəbər verir ki, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.

Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR