Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - VİDEO

21.10.2019 18:57

Hərbi Dəniz Qüvvələrinin (HDQ) enerji infrastrukturunun mühafizəsi üzrə Xəzər dənizinin Azərbaycana aid hissəsində keçirdiyi taktiki təlimlər başa çatıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.

Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılıb.


© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR