Aşıq Əli bu qadın məşhurla SEVGİLİ İMİŞ? - Efirdə çətin vəziyyətdə qaldı - VİDEO

21.10.2019 13:14

Ekranda Samirə ilə sənin şəkillərini göstərəndə birtəhər oldun. Niyə?


XəzərXəbər xəbər verir ki, bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda qonağı olanaşıq Əliylə bağlı süjet efirə getdikdən sonra müraciət edib.

Aşıq Əli Zaurun sualından "Yox, niyə?!" ifadəsi ilə yayınmağa çalışsa da alınmayıb. Aparıcının növbəti sualıdaha konkret olub:

"Əli, bir söz səndən soruşacam. Amma düzgün cavab ver: Aşıq Samirə ilə aranızda nəsə bir isti münasibət olub? Düzünü de amma".

Aşıq Əli keçmiş duet ortağı ilə bağlı Zaurun təəccübləndirən sualına"Yox, o, mənim dostumdur, ailə dostumdur, heç vaxt. Onun ailəsi var, uşağı var. Mənim də ailəm var. Dədə-babadan bu belədir də. Kim kimin yanındadırsa, onun "vedrəsi" əskik olmur. Belə fikirlər gəzir. Ona əhəmiyyət versən, onda gərək sənəti qoyasan bir kənara"cavabını verib.


© xezerxeber.az


170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR