Nə kompensasiyasını, nə də girovluqdakı qızıllarını ala bilir - Tərtər sakini şikayətçidir - VİDEO

19.10.2019 20:15

Tərtər sakini kredit təşkilatından 2 min dollar kredit götürüb. Devalvasiyadan sonra da ödənişləri gecikdirmədən həyata keçirib. İndi isə nə özünə düşən kompensasiyanı, nə də girov qoyduğu qızılları ala bilir.

Xezerxeber.az-ın məlumatına görə, Tərtərin Bayandur kənd sakini Şəmsəddin Bağırov 2015-ci ildə "Azərkredit" MMC- nin Tərtər filialından 2 min dollar kredit götürüb. Bir aydan sonra devalvasiya olub və dolların məzənnəsi 1 manat 70 qəpiyə yükəlib. Şəmsəddin Bağırov bundan sonra da krediti vaxtlı-vaxtında ödəyib və problemli kreditlərin həlli ilə bağlı fərman verildikdə ödənişi dayandırıb.

Şəmsəddin Bağırov deyir ki, ümumilikdə banka 3169 manat pul ödəyib. Hesablama apardıqda isə təqribən 900 manat kompensasiya ala biləcəyini müəyyən edib.

Sonradan kredit təşkilatı ləğv edilib. Şəmsəddin Bağırova kompensasiya da hesablanmayıb. Əksinə, kredit təşkilatına 743 manat borclu olduğu göstərilib. Bu səbəbdən də o kredit götürərkən girov qoyduğu 37 qram çəkidəki qızıl-zinət əşyalarını da ala bilmir. Məsələ ilə bağlı ləğv olunmuş "Azərkredit" MMC- nin Tərtər filialından bildirildi ki, Şəmsəddin Bağırova həqiqətən də kompensasiya düşür. Qızılı götürə bilməməsinə səbəb isə onun adında hələ də kredit borcunun göstərilməsidir.

Maliyyə Bazarlarına Nəzarət Palatasından isə Şəmsəddin Bağırova cavab olaraq bildirilib ki, məsələ ilə bağlı məhkəməyə müraciət etsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






768 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR