Bakıda robotexnika festivalı keçirilib - VİDEO

19.10.2019 20:34

Oktyabrın 19-u Bakıda "Roboday” festivalı keçirilib.

Xezerxeber.az xəbər verir ki, "Robopark” layihəsinin tərkib hissəsi olan festivalda müxtəlif robotlarla ünsiyyət qurmaq imkanı yaradan sərgilər, robotexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər təşkil olunub. Eyni zamanda, gənc nəslin dron və robotlarla ilkin tanışlığı, ümumilikdə robototexnika sahəsi üzrə maarifləndirilməsi məqsədilə müxtəlif təlimlər, o cümlədən "Dron”, "Robofutbol” və "Robosumo” yarışları keçirilib, robot şouları nümayiş olunub. 

Festivalda jurnalistlərin suallarını cavablandıran Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov bildirib ki, bu cür festivallar gənc nəsil arasında süni intellekt sahəsinə olan marağı daha da artırır.

Festivalı şəhid övladları, müxtəlif məktəblərin şagirdləri və uşaq evlərinin sakinləri ziyarət ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




© xezerxeber.az

FOTOQALERIYA






189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR