Növbəti ilin dövlət büdcəsi sosialyönümlü olacaq - VİDEO

19.10.2019 19:39

Növbəti ilin dövlət büdcəsinin layihəsi ictimai müzakirələrə çıxarılıb. Maliyyə Nazirliyinin təqdim etdiyi layihədə müxtəlif sahələr üzrə gəlir və xərclər əksini tapıb.

Xezerxeber.az-ın məlumatına görə, 2020-ci ilin büdcə layihəsini şərh edən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, büdcə yenə sosial yönümlü olması ilə seçiləcək. Büdcənin gəlir və xərcləri əvvəlki illə müqayisədə artırılıb.

Vüqar Bayramovun sözlərinə görə, sosial sahə yenə diqqət mərkəzində olacaq. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görüləcək.

Ekspertin sözlərinə görə, sosial sahəyə ayrılan vəsait hesabına növbəti il xüsusilə dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda maaşlar artacaq. Pensiyaların da artacağı proqnozlaşdırılır.

Vüqar Bayramov qeyd edib ki, səhiyyə və elm sahəsinə ayrılan xərclərdə də artım olacaq. Bunun da özünəməxsus səbəbləri var.

Ekspert vurğulayıb ki, növbəti il 39 şəhər və rayon xərclərini öz gəlirləri hesabına ödəyəcək. İqtisadçı alim bildirib ki, növbəti il dövlət büdcəsinin gəlirlər hissəsində neft sektorunun payında əhəmiyyətli dərəcədə azalma müşahidə ediləcək. Belə ki, büdcə gəlirlərinin 54 faizi neft sektorunun payına düşəcək. Əvvəlki illərdə isə bu rəqəm 75-80 faiz təşkil edirdi.

Vüqar Bayramov əlavə edib ki, bu tendensiya qeyri-neft sektorunun son illərdə inkişaf etməsi ilə bağlıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

© xezerxeber.az

FOTOQALERIYA






238 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR