Qadağan olunmuş alətlərlə balıq ovuna qarşı aksiya - VİDEO

19.10.2019 18:42

"Sintetik torlarla və qadağan olunmuş alətlərlə balıq ovuna yox deyirik!” devizi altında aksiyalara başlanılıb.

Xezerxeber.az xəbər verir ki, oktyabrın 19-da Xəzər dənizin Zirə sahilinin bir hissəsi qadağan olunmuş balıq ovlama alətlərindən, o cümlədən sintetik torlardan təmizlənib. "Sintetik torlarla və qadağan olunmuş ov alətləri ilə balıq ovuna yox deyirik!” devizi altında keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Həvəskar Balıqçılar İttifaqının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev jurnalistlərə bildirib ki, aksiyanın məqsədi qadağan edilmiş vasitələrlə balıq ovuna son qoymaq, davamlı olaraq su hövzələrinə buraxılan balıq körpələrinin mühafizəsini gücləndirməklə balıq ehtiyatlarının artırılmasına nail olmaq, cəmiyyətin bütün təbəqələrinin bu işə cəlb olunmasını təşkil etməkdir. Qadağan olunmuş vasitələrlə balıq ovlanması təbiətimizə qarşı vandal münasibətdir. Elektrik cərəyanları ilə, sintetik torlarla balıq ovlayanlar belə hərəkətlərdən çəkinməlidirlər, insanlar bu cür hallarla rastlaşarkən bu barədə nazirliyə və hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.

Nazir müavini brakonyerliklə məşğul olanların kimlikləri barədə məlumatlı olduqlarını, onlar haqqında bu yaxınlarda cinayət işi qaldırılacağını bildirib: "Bununla belə, bu aksiyanı keçirməklə digərlərinə xəbərdarlıq edirik ki, bu işdən çəkinsinlər. Əgər bu, davam edərsə, onlar külli miqdarda cərimə olunacaqlar və hüquq mühafizə orqanları barələrində cinayət işi açacaq. Bu aksiya davamlı olacaq və bütün su tutarlarında davam etdiriləcək”. 

Aksiyada iştirak edən həvəskar balıqçılar isə qanunsuz alətlərlə balıq ovlayanlara səslənərək bu cür əməllərindən əl çəkməyə çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR