Astarada naringi yığımına başlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, naringi yığımı əsasən Astaranın dağətəyi kəndlərində aparılır.
Yerli sortlar gec yetişdiyindən, hazırda bağlarda "karli" sortu yığılır. Ötən il kiloqramı 2 manata satılan narınginin qiyməti bu il 70 qəpiklə 1 manat 20 qəpik arasında dəyişir.
Məhsuldarlıq ötən illə müqayisədə xeyli aşağıdır. Fermerlər ötən il hər ağacdan 45 -50 kiloqram məhsul yığa bilmişdilərsə, bu il bu rəqəm 30-35 kiloqram olub.
Ötən il Astara rayonunda 1169 hektar naringi bağından 32 min tona yaxın məhsul yığılıb. Bu il 353 hektara yaxın yeni narıngi bağı salınıb və ümumilikdə 35 min ton məhsul toplanması proqnozlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
Mehri yolu Azərbaycanın regional əhəmiyyətini artıracaq - VİDEO
Keçmiş köçkünlər xüsusi proqramla dədə-baba yurdlarına qaytarılacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq
Axşam yemək yeməmək İNSANI KÖKƏLDİR - Alimləridən maraqlı araşdırma
Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi
Peyvənd olunmayan şəxs səyahət zamanı məhdudiyyətlə üzləşə bilər
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB