Tovuzda iribuynuzlu heyvanlar tələf olur - VİDEO

18.10.2019 20:25

İribuynuzlu heyvanlar bir saatın içində müəmmalı şəkildə tələf olur.Hadisə Tovuzun Hacıhəsənli kəndində qeydə alınıb.

Kənddə bu günə kimi 10-a yaxın heyvan tələf olub. Daha bir neçə heyvanın isə vəziyyəti pisləşib.

Ayrı-ayrı şəxslərə məxsus olan heyvanlar otlaq sahələrindən gələndən sonra tələf olub.

Kəndin baytar həkimləri isə mövsümü və keçici xəstəliklərə qarşı peyvəndlər edirlər. Həkim bildirib ki, heyvan otlaq sahəsində palıd yeyib və həzm prosesində çətinlik yarandığından tələf olub.

Baytar həkimlərheyvanlardan analizlər götürüblər..Tələf olmuş həyvanlar sakinlər tərəfindəntorpağa basdırılıb.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR