Azərbaycanda şok hadisə - 16 yaşlı qız beş aylıq hamilədir - VİDEO

18.10.2019 17:55

Şəkidə yetkinlik yaşına çatmayan qadında hamiləlik aşkarlanıb.

Hadisə Şəki rayonunun Suçma kəndində qeydə alınıb. Şəki rayon mərkəzi xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 16 yaşlı Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qadının beş aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər polis şöbəsinə məlumat verilib.

Araşdırma zamanı məlum olub ki, Nurcahan Qasımova Suçma kənd sakini, 22 yaşlı Babayev Bilal Möhəbbət oğlu ilə ailələrinin razılığı ilə toy ediblər, rəsmi nikah olmadan birlikdə yaşayıblar. Yetkinlik yaşına çatmayan qadın səhhətində yaranan problemə görə xəstəxanaya gətirildikdə onun 5 aylıq hamilə olduğu aşkarlanıb. Ailə üzvləri gələn il yanvar ayında qızın 17 yaşı tamam olduqda rəsmi nikaha daxil olacaqlarını bildirirlər.

© xezerxeber.az


377 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR