Çox sürücü bu məsələdən məlumatsızdır - Sərnişinə dəyən ziyanı icbari sığorta bürosu ödəyir - VİDEO

17.10.2019 19:40

Yol nəqliyyat hadisələri nəticəsində avtomobillərlə yanaşı sürücülərə yaxud da sərnişinlərin sağlamlığına da ziyan dəyir. Qəzanı törədən avtomobil sahibinin icbari sığortası yoxdursa, kompensasiyanın necə ödənilməsi haqqında bir çox sürücülər məlumatsızdırlar. Icbari sığorta bürosundan bildirilib ki, qanun sağlamlığa dəymiş ziyana görə kompensasiyanın məhz onlar tərəfindən ödənilməsini təmin edir.

Bir çox sürücülər icbari sığortası olmayan avtomobil sahiblərinin törətdikləri qəza nəticəsində sağlamlığa dəymiş ziyanın necə qarşılanmasından məlumatsızdırlar...

İcbari sığorta haqqında qanunda isə bu məsələ aydın şəkildə şərh edilir....

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovun sözlərinə görə sağlamlığa dəymiş ziyana görə ödəniş büro tərəfindən şəxsə ödənilir, daha sonra qanun çərçivəsində zərər vurmuş şəxsdən alınır.

Sağlamlığa vurulmuş ziyana görə verilən kompensasiyanın həcmində ildən-ilə azalma müşahidə edilir

Rəşad Əhmədov vurğulayıb ki, kompensasiyanın həcmində müşahidə edilən azalma, sığortalı avtomobillərin sayının artması ilə bağlıdır.

İcraçı direktor qeyd edib ki, müəyyən hallarda müxtəlif vasitəçilər zərərçəkmişlərin psixoloji durumlarından istifadə edərək dəymiş ziyana görə kompensasiya almağın çətin olduğunu iddia edirlər və bununla da onlardan pul qopararaq dırnaqarası kömək etməyə çalışırlar.Rəşad Əhmədov belə hallarla üzləşən vətəndaşların məhz özlərinin büroya müraciət etmələrini tövsiyə edir

Qəza nəticəsində avtomobillərə dəymiş ziyan isə sığorta şirkətlər tərəfindən ödənilir, əgər təqsirkar sürücünün avtomobilinin sığortası yoxdursa, məsələ məhkəmə yolu ilə həllini tapır.

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR