Prezidentdən CİDDİ XƏBƏRDARLIQ - Korrupsiyaya qarşı amansız mübarizə aparılmalıdır - VİDEO

17.10.2019 19:56

Prezident İlham Əliyevin sonuncu iqtisadi müşavirədəki çıxışı bir sıra önəmli mesajlarla yadda qaldı. Prezident iqtidar daxilində vəzifə tutan, ancaq islahatlara qarşı çıxan qüvvələrə sərt xəbərdarlıq etdi. İslahatların geriyə dönülməz proses olduğunu diqqətə çatdıran dövlət başçısı rəqəmləri şişirdib korrupsiyaya meyl edən şəxslərin cəzalandırılacağını bildirdi.

Müşavirədə əldə edilən iqtisadi uğurlara diqqət çəkən dövlət başçısı əslində ölkənin potensialının daha böyük olduğunu bildirdi. Bu məqamda prezident İlham Əliyev bəzi məmurların yarıtmaz fəaliyyətinin ölkənin inkişaf tempini aşağı saldığını xüsusi vurğuladı. Təkcə kənd təsərrüfatı sahəsinin timsalında dövlət başçısı bəyan etdi ki, illərdir bu sahəyə verilən milyonlarla manatlıq dəstəyə baxmayaraq artım cəmi 2-3 faiz idi. Ancaq bir kadr dəyişikliyi bu rəqəmi 7 faizə yüksəltdi.

Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı rüşvətxorluğa qarşı mübarizədə vətəndaş cəmiyyətinin daha yaxından iştirakının önəmini qeyd edib.

Prezident İlham Əliyev iqtidar daxilində bəzi qüvvələrin şəxsi maraqları naminə aparılan islahatlara kölgə saldığını bildirib. Dövlət başçısı həmin qüvvələrə xəbərdarlıq edərək islahatların keçirilməsinə heç bir qüvvənin mane ola bilməyəcəyini vurğulayıb.

Dövlət başçısı gələn ilin büdcəsindən danışarkən şişirdilmiş rəqəmlərə xüsusi diqqət çəkib. Prezident əslində daha az maliyyə vəsaiti ilə qarşıya qoyulan hədəflərə çatmağın mümkünlüyünə diqqət çəkib. Rəqəmləri şişirdərək korrupsiyaya yol verənlər isə ciddi şəkildə cəzalandırılacaq.

Dövlət başçısı aidiyyatı qurumların rəhbərlərindən qeyri-neft sektorunda lazımı nəticələrin gözləniləndən aşağı olmasının səbəblərini də soruşub.

Prezident İlham Əliyev vergidən yayınma hallarına da toxunub. Bildirib ki, Vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz.

© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR