Bakıdakı DƏHŞƏTLƏ BAĞLI YENİ XƏBƏR: Arvadını və qayınanasını, sonra isə özünü...- VİDEO

17.10.2019 18:48

Bakıda ağır cinayət olub. Kişi həyat yoldaşını və onun bibisini öldürüb. Daha sonra o, cinayətin izini itirmək məqsədi ilə meytləri yandırıb. Ağır cinayət törədən kişi polisə təslim olmamaq üçün özünü avtobusun altına atıb. Ağır hadisə gecə paytaxtın Binəqədi rayonunda baş verib.

Kişi həyat yoldaşını və onun bibisini bıçaqlayarq öldürüb, izi itirmək üçün isə meytləri yandırıb.

Ağır cinayət gecə paytaxtın Binəqədi rayonu Aydınbəyov küçəsi 22 ünvanında baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 41 yaşlı Təranə İsmayılovanın yaşadığı evə gəlmiş keçmiş əri, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov münaqişə zəminində onu və orada olan bibisi 85 yaşlıLuiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb. Vaqif Hüseynov sonra Azadlıq prospektində özünü avtobusun altına atıb. Polis əməkdaşlarının nəzarəti altında Vaqif Hüseynov xəstəxanaya yerləşdirilib.

Vaqif Hüseynov yaralı vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən zaman onun bədəninin müxtəlif nahiyələrində əziklərin olduğu və qabırğasının sındığı məlum olunub. Qeyd edilib ki, V.Hüseynov hazırda həmin xəstəxananın Reanimasiya şöbəsində polis nəzarətində müalicə olunur, onun həyati təhlükəsi yoxdur.

Qonşuların sözlərinə görə, Təranə İsmayılova azyaşlı olarkən valideynlərini itirib. Bundan sonra o, bibisi Luiza İsmayılovanın himayəsində qalıb. Təranə İsmayılova bir neçə ay əvvəl Vaqif Hüseynovla ailə həyatı qurub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda ''xüsusi amansızlıqla adam öldürmə'' və ''iki və ya daha çox şəxsi öldürmə'' maddələri ilə cinayət işi başlanıb.

© xezerxeber.az


206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR