Azərbaycanda zibilin içindən 19-cu əsrə aid nadir kitab tapıldı - VİDEO

17.10.2019 20:21

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı XIX əsrdə dərc edilmiş nadir kitab tapılıb.

Tullantıların içərisindən 19-cu əsrə aid nadir kitab tapılıb.

Bir neçə gün əvvəl Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı 19-cu əsrdə dərc edilmiş nadir kitab aşkarlanıb. Təmiz şəhər Açıq Səhimdar Cəmiyyətinin mətbuat katibi Elmar Məlikovun sözlərinə görə, Şair, filosof və alim Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin "El-Kafiye" əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub.

Tapılan kitabla bağlı artıq Əlyazmalar insititutuna da məlumat verilib. Kitab hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun "Qeyri-adi tapıntılar" guşəsində saxlanılır. Bir müddətdən sonra isə Xəzər rayon Qala qəsəbəsində yerləşən '' ''Tullantıdan-sənətə'' muzeyinə aparılaraq orada sərgiləncək.

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə zamanı 100-dən artıq tapılan əşyalar "Qeyri-adi tapıntılar" guşəsində saxlanılır. Burada müxtəlif qılınc və bıçaqlardan tutmuş boşqalar,qablar və qaşıqlar da var.Bununla yanaşı,Tullantıların çeşidlənməsi zamanı şəxsiyyət vəsiqləri və müxtəlif sənədlər də tapılır ki,həmin sənədlər də ''Poçtap''layihəsinə təhfil verilir.

Qeyd edək ki, çeşidləmə zamanı aşkar olunan maraqlı əşyalar "Qeyri-adi tapıntılar” guşəsində yerləşdirilməklə "Təmiz Şəhər” ASC-yə təşkil olunan məlumat turlarının iştirakçılarına nümayiş etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR