Rusiyalı xanımları fahişə zənn edib ölkəyə buraxmadılar - VİDEO

15.10.2019 17:33

Cənubi Koreyanın paytaxtı Seul şəhərindəki havalimanının əməkdaşları Rusiyadan olan turistləri fahişə zənn edərək ölkəyə buraxmayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə "Mash" adlı "Telegram" səhifəsi video paylaşıb.

Rusiyalı xanımlar videoda aeroport rəsmiləri tərəfindən saxlanılmalarını və zirzəmiyə göndərildiklərini bildiriblər.

Qeyd edək ki, rusiyalı xanımların geriyə uçuş biletləri olsa da, gömrük əməkdaşları onları ölkə ərazisinə buraxmaqdan imtina edib.

Xanımlardan biri dərhal təyyarəyə mindirilərək ölkəsinə dərhal göndərilsə də, digər ikisi isə bir neçə gün zirzəmidə saxlanılıblar.

(baku.ws)

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR