Verilişdə saçı 30 sm kəsilən qız özündən getdi, hönkürdü - Xəbəri yox imiş... - VİDEO

15.10.2019 17:27

Türkiyənin "Show TV" kanalında yayımlanan dəb verilişlərinin birində maraqlı anlar yaşanıb.

Sözügedən kanalda yayımlanan "Kuaförüm Sensin" verilişində stilist iştirakçıya xəbərdarlıq etmədən onun saçlarını kəsib. Model İlaydanın bu barədə məlumatsızlığı maraqlı anların yaşanmasına səbəb olub.

Saçlarının 30 santimetr kəsildiyini öyrənən qız özündən gedib. Studiyadakılar onu güclə özünə gətiriblər.

Bilal Ağın adlı stilist öz hərəkətinə haqq qazandırmaq üçün bunun xərçəng xəstəliyindən əziyyət çəkən qadınlara dəstək məqsədi iləetdiyini söyləyib.

Stilistin bu hərəkəti sosial şəbəkələrdə etiraz doğurub. Tamaşaçılar modelin haqlı olduğunu bildirərək, stilisti qınayıblar.

Qeyd edək ki, adıçəkilən verilişin formatına görə stilistlər bir-biri ilə yarışaraq öz məharətlərini nümayiş etdirirlər./Milli.Az


© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR