Azərbaycan 4 günlük iş həftəsinə keçir? - Nazirdən VACİB AÇIQLAMA - VİDEO

14.10.2019 19:54

Cari ildə Azərbaycanda əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsindəinqilabi dəyişiklər baş verib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil BabayevMDB dövlətlərininməşvərət şurasının 32-ci iclasında deyib. Nazirsaxta əlillik, proaktiv xidmətlər, 4 günlük iş həftəsi kimi maraqlı məsələlərə də toxunub.

Qeyri-rəsmi məşğullugun qarşısının alinmasina yönələn tədbirlər nəticəsində 1 oktyabr 2019-cu il tarixinə özəl sektorda əmək müqavilələrinin sayi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5%, bu sektorda əməkhaqqı fondu isə 33,4% artıb.Bunu MDB istirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə məşvərət şurasının 32-ci iclasinda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, cari il ərzində minimum əməkhaqqinin 93%, minimum pensiyanin 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artirilmasi, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndasin rifahina əhəmiyyətli sosial dəstək verib. Sahil Babayev BİLDİRİB Kİ, ilin sonuna qədər bir sıra xidmətlər proaktiv formada, yəni vətəndaşlarınyazılı və elektron şəkildə müraciəti olmadan, avtomatik şəkildə təyin ediləcək. Bu da şəffaflığın daha da gücləndirilməsinə xidmət edəcək

Sahil Babayev qeyd edib ki, bu ilin sonunadək illik 25 min müraciəti əhatə edən pensiya təyinati və 150 min müraciəti əhatə edən sosial müavinət təyinatinin tam şəkildə proaktiv xidmətlərə keçirməyi nəzərdə tutulur.

Əmək və əhalinin sosial müdafiəsi naziri saxta əlillik dərəcəsi almaq istəyənlərlə də bağlı danışıb. Sahil Babayev vurğulayıb ki, saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin çoxu 18 yaşına çatmayan oğlanlardir ki, bu cəhdlər də daha çox onların hərbi xidmətdən yayınması üçün edilir.

Sahil Babayev 4 günlük iş həftəsinin tətbiq edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib.

DOST mərkəzlərinin fəaliyyətindən danışan nazir bildirib ki, bu ilin sonuna qədər daha iki dost mərkəzinin açılması, 2025-ci ildə isə ölkədə onların sayının 31-ə çatdırılması planlaşdırılır.

© xezerxeber.az


516 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR