“KamAZ” “Merсedes”in üzərinə aşdı, sürücü öldü - VİDEO

14.10.2019 18:42

Hacıqabulda magistral yolda qəza olub. Yük maşınının avtomobillə toqquşması nəticəsində sürücü ölüb. Onun yaxınları Şirvan xəstəxanasına hücum edərəkhəkimləri döyüb, xəstəxanaya ziyan vurublar. Tovuzda da ölümlə nəticələnən zəncirvari qəza olub. Sumqayıtda avtomobilin vurduğu piyada ölüb. Bərdədə isə avtomobil 4 camışıtələf edib.

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsindəyük maşınıminik avtomobili ilə toqquşub. Yoldan çıxan metalla yüklənmiş yük maşını daha sonra minik maşınını sürüyərək onun üstünə aşıb. Qəza nəticəsində yük avtomobilinin sürcüsü Füzuli rayonunun Qaraxanbəyli kənd sakini, 52 yaşlı Qəfər HüseynovŞirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Krtitik vəziyyətdə olan yaralı oradadünyasını dəyişib. Hadisədən qəzəblənən ölən şəxsin yaxınları reanimasiya şöbəsinin və xəstəxananın qapılarının şüşələrini sındırıb, intensiv reanimasiyon palataya hücum edərək komatoz vəziyyətdə olan xəstənin qoluna qoşulan sistemi sındırıblar. Həkimləri və sanitar xidmətçiləri döyüblər. Hazırda Şirvan polis şöbəsinin tədqiqatçıları xuliqanlıq hadisəsi ilə əlaqədar araşdırma aparır.

Tovuzda zəncirvari qəzadaavtomobillərvə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü, 35 yaşlıBabək Əliyev ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb,həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıtda, Bakı-Quba yolununHacı Zeynalabdin qəsəbəsinə doğru gedən hissəsində yolu keçmək istəyən piyadanı avtomobil vurub. Nəticədə 42 yaşlı Ramil Niftəliyev hadisə yerində ölüb. Qəza yerindən yayına sürücü isə tutularaq məsuliyyətə cəlb olunub.

Bərdədəki qəzada isəminik avtomobili iri buyunuzlu heyvanları vurub. Hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Ağcabədi rayon sakiniHüseyinMəmmədli idarə etdiyiminik avtomobili ilə YaqubŞərifova məxsus camış sürüsünü vurub. Hadisə zamanı 4 ədəd iribuynuzlu heyvan tələf olub. Avtomobilə də xeyli maddi ziyan dəyib. Bütün faktlarla bağlı araşdırma aparılır.

© xezerxeber.az


272 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR