Keyfiyyətsiz hava filtri benzin sərfiyyatını artırır, mühərriki sıradan çıxarır - VİDEO

13.10.2019 19:46

Avtomobilin çəkimi zəif, benzin sərfiyyatı çoxdursa, bunun əsas səbəblərindən biri mühərrikin hava filtri ola bilər.

Xezerxeber.az-ın məlumatına görə, keyfiyyətsiz filtr benzin sərfiyyatının artmasına, mühərrikin sıradan çıxmasına səbəb olur.

Bəzi sürücülər bu detalı dəyişərkən keyfiyyətinə elə də önəm verməsələrdə, ustalar bildirir ki, adi bir detal sürücünü xeyli xərcə sala bilər.

Sürücülər isə adətən bu detalı tez-tez dəyişdirdiklərindən qiyməti daha ucuz olana üstünlük verdiyini bildirirlər.

Avtomobil ustası Sahil Ağabəyli isə bildirib ki, istənilən sürücü bu detalın keyfiyyətli olub-olmadığını özü müəyyən edə bilər.

Sahil Ağabəyli onu da qeyd edib ki,Bakı küləkli şəhər olduğundan hava filtirləri mütləq vaxtı vaxtınd adəyişdirilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






745 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR