Bakının mərkəzi küçələrində velosiped yolları salınır - VİDEO

10.10.2019 19:24

Bakı şəhərinin mərkəzi küçələrini əhatə edəcək təxminən 7 km velosiped yollarının salınması layihəsi hazırlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, pilot olaraq hazırda şəhərin Puşkin küçəsinin müəyyən bir hissəsində, təxminən 150 metr nümunə olaraq belə bir velosiped yolu təşkil olunur: "Lakin təkrar olaraq bu yolda təhlillər aparılacaq. Qoyulan tələblərə tam cavab verdiyi halda, qeyd olunan 7 kilometrlik layihədə mərkəzi küçə və prospektlər də daxil ediləcək. Bura Bülbül prospekti və bulvar istiqamətində olan küçələr daxildir. Ümumilikdə, gələcəkdə digər maraq dairələrini birləşdirən əlavə yollar da çəkiləcək. Əsas məqsəd böyük bir velosiped yol şəbəkəsinin yaradılmasıdır ki, insanlar daha rahat şəkildə velosipeddən istifadə edə bilsin”.

BNA-nın rəsmisi əlavə edib ki, vətəndaşların velosipedləri rahat şəkildə park edilməsi üçün müxtəlif yerlərdə, o cümlədən metro stansiyaları, ticarət mərkəzləri və insanların daha çox üz tutduğu obyektlərin yaxınlığında velosipedlər üçün xüsusi dayanacaqlar yaradılacaq. Hazırda belə bir dayanacaq "Koroğlu” nəqliyyat mübadilə mərkəzində yaradılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR